Ukrayna ordusundan uğurlu əks-hücum – Ruslar həm geri çəkildilər, həm də...

Ukrayna ordusundan uğurlu əks-hücum – Ruslar həm geri çəkildilər, həm də...

Ukrayna müdafiə qüvvələri Xarkov yaxınlığında uğurlu əks-hücum əməliyyatı keçirərək, bölgədəki rus qüvvələrini geri çəkilməyə məcbur edib. Bundan əlavə, ruslar şəhəri bombalamaqdan imtina edərək, Ukrayna qoşunlarının əks-hücumlarına cavab verməyə məcbur olur.

Miq.Az xəbər verir ki, bu barədə Ukrayna Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Məlumata görə, Ukrayna ordusunun Xarkov yaxınlığındakı əks-hücumundan sonra ruslar ölkənin şimal bölgələrindən geri çəkilməyə başlayıb:

"Silahlı Qüvvələrin hücumları işğalçıların planlarını alt-üst edib, öz qüvvələrini Rubijne və Severodonetskə yönəldiblər. Bununla belə, işğalçıların yaxın gələcəkdə itirilmiş mövqelərini geri qaytarmağa cəhd edəcəyi istisna deyil”.

Məlumatda bildirilib ki, Rusiya Ukrayna qoşunlarının İzyum-Slovyansk-Debaltseve xəttində mühasirəyə alınması planından imtina edə bilər. Bunun əvəzinə onların Severodonetsk və Lisiçanskın ətraflarını hədəf seçməsi mümkündür.

"Son məlumata görə, Rusiya qoşunlarının bütün Rubejnoyeni nəzarətdə saxlaması ehtimalı yüksəkdir. Yəqin ki, Severodonetskin şimalındakı Voyevodovka şəhəri də ələ keçirilib. Çox güman ki, yaxın günlərdə Severodonetskda qurudan hücuma keçəcəklər. Amma İzyumda və bu hücum cəhdində nəzərəçarpacaq dərəcədə yavaşlama onların İzyum istiqamətindən imtina edə biləcəyini göstərir”, - məlumatda qeyd edilib.

İnstitut rus ordusunun bu kiçik hədəfə fokuslansa belə, Severodonetsk və Lisiçanski mühasirəyə alıb ələ keçirə biləcəyini proqnozlaşdırmır. Artıq rusların hücum cəhdlərinin qarşısı ilkin mərhələdə alınıb. Ona görə də ukraynalı mütəxəssislər Rusiyanın potensial uğurlarına şübhə ilə yanaşırlar.(teleqraf.com)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az