Vergilər Nazirliyi İsgəndər Xəlilovun şirkətini məhkəməyə verdi

Vergilər Nazirliyi İsgəndər Xəlilovun şirkətini məhkəməyə verdi

Azərbaycan Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti "Svit Haus” Məhdud Məsuliyyəti Cəmiyyətini (MMC) məhkəməyə verib.

Vətəninfo.az-ın "Report”a istinadən xəbərinə görə, departament MMC-nin siyahıya alınmış əmlakının satılması tələbini irəli sürüb.

İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, "Svit Haus” çoxmərtəbəli yaşayış binaların tikintisi ilə məşğul olur. Şirkət "Bakı Toxucu Tikiş” ASC-nin sədri Cavanşir Xəlilova aiddir.

Lakin "Svit Haus”un C.Xəlilovun qardaşı, Rusiyada yaşayan məşhur milyarder İsgəndər Xəlilova məxsus olduğu bildirilir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az