Övladlarını dərsə yola salıb intihar edən ana - Bakıda

Övladlarını dərsə yola salıb intihar edən ana - Bakıda

Bakıda intihar hadisəsi baş verib. 39 yaşlı qadın özünü asıb.
Hüquq-mühafizə orqanlarından ans press-ə verilən məlumata görə, hadisə Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 1977-ci il təvəllüdlü Aynur Cəfər qızı Xancanova özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən asaraq intihar edib.

Məlumata görə, hadisə vaxtı evdə Aynur Xancanovadan başqa heç kim olmayıb. Belə ki, canına qəsd edən qadının iki övladı məktəbdə dərsdə, əri isə işdə olub.

39 yaşlı qadının intihar etməsinə səbəb kimi onun ailəsinin böyük miqdarda borcu olması göstərilir.

Faktla Sabunçu rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az