Vurulan düşmən taborun qərargah rəisidir, digəri isə...

Vurulan düşmən taborun qərargah rəisidir, digəri isə...

Qazax istiqamətində Azərbaycan Sərhədçilərinin dünən Ermənistan Silahlı Qüvvələrinə yaşatdıqları qorxu və vərdiş hissləri çox ağır və təsirli olub. 

Dünən saytımızda bu barədə məlumat vermişdik. Qeyd edək ki, Ermənistan KİV-ləri hadisəni gizlətməyə nə qədər səy göstərsə də, bacarmadılar və çox güman ki, şəhidlərimizin qisasının alınması davam edəcək.

Onu da qeyd edək ki, hərbi mənbələrdən Miq.Az-a daxil olan məlumata görə, Qazax-Ağstafa istiqamətində Dövlət Sərhəd Xidmətinin (DSX) əsgər və zabitləri tərəfindən düşmən təxribatının qarşısı alınarkən iki nəfər məhv edilib, bir nəfər isə ağır yaralanıb.

Vurulmuş düşmən hərbi qulluqçulardan biri taborun qərargah rəisi, digəri isə Aşot Martirosyan adlı müddətdən artıq hərbi qulluqçudur.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az