Xalq artisti, bəstəkar Musa Mirzəyevin səhhətində problem yaranıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə APA-ya xalq artistinin oğlu, bəstəkar İlyas Mirzəyev məlumat verib.
Onun sözlərinə görə, Musa Mirzəyev daimi həkim nəzarəti altındadır: "Həftədə iki-üç dəfə həkim müayinəsindən keçir. Daim nəzarət altında olmalıdır. Yataq şəraitində deyil, amma yaşla əlaqədar hər şey ola bilər”.
İ. Mirzəyev əlavə edib ki, M. Mirzəyevin əsas problemi nitq pozulmasıdır: "Bu, beyinlə əlaqədar olan məsələdir. Həkimlər deyir, nitqin düzəlməyi mümkün deyil. Danışığını çox az başa düşürük, amma bəzən ümumiyyətlə anlaşılmır".
Qeyd edək ki, Musa Mirzəyev 1933-cü ildə Bakıda anadan olub. O, kamera orkestri üçün "Polifonik simfoniya”, skripka və piano üçün "Romantik poema”, piano üçün "Qəmli melodiya”, piano üçün "konsert-rondo" və başqa əsərlərin müəllifidir. Bəstəkar Azərbaycan xalq artisti fəxri adına, "Şöhrət” ordeninə layiq görülüb və prezident təqaüdçüsüdür
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL