Xalq artisti Alim Qasımov ud ifaçısı Kənan Tərlanoğlu ilə hazırladığı “Pərişanın” adlı yeni layihəsini təqdim edib.
Aparıcı Lalə Əlimuxtarova xalq artistinin yeni layihəsi ilə bağlı danışıb: “Alim Qasımovu klipdə ud ifaçısı Kənan Tərlanoğlu müşayiət edir. Bu, onun ilk işidir. Xalq artisti gənc ifaçıya dəstək oldu”.
A.Qasımov hər zaman gənclərə kömək etdiyini deyib: “Gənclərlə çalışmaq mənə maraqlıdır. Bundan əvvəl bir repçi ilə də duet oxumuşdum. Mahnıya yol gedərkən qulaq asdım. Həmin an Füzulinin qəzəli yadıma düşdü. Mahnıda da həmin qəzəli səsləndirdim. Klipin ssenarisini bəyəndim. Səfil bir insanın həyatı işıqlandırılıb”.
Qeyd edək ki, “Böyük dayaq” filmindən götürülən mahnının ekran həlli rejissor Vüsal Tərlanoğluna həvalə olunub. Klipdə L.Əlimuxtarova da rol alıb. Mahnının musiqisi Fikrət Əmirovundur.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL