Xarici qranta niyə məhdudiyyət qoyuldu? - Deputat

Xarici qranta niyə məhdudiyyət qoyuldu? - Deputat

QHT-lərin xaricdən qrant almasına məhdudiyyətlər ona görə qoyuldu ki, maliyyənin gəldiyi mənbə və təyinatı bəlli deyildi.

Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında komitə sədri Siyavuş Novruzov deyib.

"Bir çox siyasi partiyalar özünə 5-6 QHT yaradaraq, bu yolla maliyyələşirdilər. Ona görə də belə bir məhdudlaşdırıcı qanun qəbul edildi. Bu da şəffaflıq yaratdı”.

Qeyd edək ki, Milli Məclis "Qrant haqqında” Qanun layhəsini müzakirəyə çıxarıb.

Qanunun 4-cü maddəsinə "4-3. Qeyri-hökumət təşkilatları qrant müqavilələrinin (qərarlarının) "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanununun 24-3-cü maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə qeydə alınması üçün müraciət edə bilərlər” məzmunda əlavə edilib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az