Xəbər verdiyimiz kimi bu gün gecə saatlarında Nizami rayonunda
güllələnərək qətlə yetirilən keçmiş polis əməkdaşı iş adamı Nizami
Piriyevin qaynı Namiq Əsədovla şərik olub.
Vətəninfo.az Modern.az-a istinadla
bildirir ki, məlumatlara görə, N.Əsədovla N.İbrahimov arasında konflikt
olub və Nizami Piriyevin qaynı keçmiş polis əməkdaşını şəriklikdən
çıxarıb.
Tərəflər hətta məhkəmədə qarşılaşıblar.
O
da bildirilir ki, Namiq Əsədov Nadir İbrahimova yeznəsi, tanınmış
biznesmen Nizami Piriyev vasitəsilə psixoloji təsir göstərib.
Sözügedən
məlumatlar bu ilin may ayında yayılıb. Yəni, tərəflər arasındakı
konfliktin tarixçəsi çox yaxın tarixlərə söykənir. Polisin
güllələnməsində şərikinin əlinin olub-olmaması isə sual atındadır.
Bu barədə sözügedən qalmaqallarda adı hallanan Nizami
PiriyevAzNews.az-a açıqlama verib. Bildirib ki, Nadir İbrahimov adlı
şəxsi tanımır:"Mən o adamı tanımıram. Məhkəmə ilə təzyiq etmək məsələsi
də əsassızdır. Mənim öz biznesim özümə bəsdir. Heç vaxt qaynımın
işlərinə qarışmamışam. Heç maraqlanmamışam da. N.İbrahimovla da xüsusi
tanışlığım olmayıb. Qaynımın da belə şərikinin olmasından xəbərsiz
olmuşam. Şərik olublar, olmayıblar, kimdir, bilmirəm”.
Xatırladaq ki, bu gün gecə saatlarında Bakının Nizami rayonu ərazisində dəhşətli qətl hadisəsi baş verib. Nadir İbrahimov Rövşən Həsənovla Nizami rayonunda görüşüb. Bu zaman Rövşən Həsənov üstündə gəzdirdiyi "Makarov” markalı tapancadan Nadir İbrahimova 8 güllə atıb. Nadir İbrahimov 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşka) çatdırılsa da dünyasını dəyişib.
Soldan: Namiq Əsədov, Nadir İbrahimov