YAP Gənclər Birliyinin Baş ofisində növbəti layihənin seçim mərhələsi keçirilmişdir. "Siyasi Debat” adlı layihəyə online qeydiyyatdan keçən 360 nəfərdən 80 nəfəri müsahibəyə keçmək imkanı qazanmışdır. II mərhələyə keçmək imkanını isə YAP GB-nin Baş ofisinin əməkdaşları tərəfindən keçirlmiş, müsahibədən isə 36 nəfər gənc vəsiqə qazana bilmişdir. Layihəyə start 21.09.2015 tarixində veriləcək. Bu layihə, formatına və seçiminə görə digərlərindən fərqlənir. Bura da gənclər layihə müddətində dövlət rəsmiləri ilə, deputatlarla, politoloqlarla, siyasi ekspertlərlə görüşərək siyasətin incəliklərini bir başa onlardan eşidəcəklər. Hətta layihənin sonuna qalan beş gənc radioda canlı efirdə çıxış edərək fikirlərini bölüşəcəklər. Eyni zamanda YAP Gənclər Birliyinin əməkdaşlıq etdiyi bir neçə xarici dövlətlərin hakim partiyalarının Gənclər qollarının nümayəndələri ilə də online debatların baş tutacağı nəzərdə tutulub. Məqsəd isə siyasətə marağı olan gənclərin siyasi savadlarının artırılması, onların siyasi bacarıqlarının daha da təkmilləşdirlməsi istiqamətində atılmış bir addımdır. Debatları uğurla bitirmiş gənclər xüsusi diplomlar və sertifikatlarla təltif olunacaqlar. Eyni zamanda onlar xarici ölkələrdə keçirilən beynəlxalq görüşlərdə Azərbaycanı təmsil edəcəklər...

TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL