Paytaxtın Yasamal rayonunda müəllim iclas zamanı dünyasını dəyişib.
Vətəninfo.az xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə dünən saat 15 radələrində qurumun inzibati binasında qeydə alınıb.
Yasamal Rayon İcra Hakimiyyətinin binasında keçirilən iclas zamanı rayon ərazisindəki Fizika və riyaziyyat təmayüllü liseyin müəllimi, 1949-cu il təvəllüdlü Allahverdi Məmmədov dünyasını dəyişib.
“Allahverdi Məmmədovun əvvəllər də ürəyində problemlər vardı. Dəfələrlə deyirdik ki, get müalicə olun. Dünən toplantıya 15-20 dəqiqə qalmış iclasa gəldi. Rəngi ağarmışdı. Halı yaxşı deyildi. Bir neçə dəqiqə sonra vəziyyəti daha da pisləşdi. İclasa gələnlər arasında tibbi bilikləri olanlar da vardı. Onlar kömək etməyə başladılar. Təcili yardım həkimi çağırdıq. Amma heç bir xeyri olmadı. Həkimlər gələnə qədər Allahverdi müəllim dünyasını dəyişdi. Çox yaxşı insan idi”, - deyə Yasamal rayon İcra Hakimiyyətindən bildirilib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR