Yerevanın mərkəzində yüksək rütbəli rusiyalı hərbçinin meyiti aşkarlanıb

Yerevanın mərkəzində yüksək rütbəli rusiyalı hərbçinin meyiti aşkarlanıb
Dünən, yanvarın 1-də, Yerevanın mərkəzində yerləşən "Drujba” ("Dostluq”) mehmanxanasının otaqlarının birində rusiyalı yüksək rütbəli hərbçinin meyiti aşkarlanıb. Bunu "Ermənistan xəbərləri” portalı xəbər verib.

Digər erməni saytı "Shamshyan.com” bildirib ki, 45 yaşlı Viktor Yemelyanov Ermənistandakı Rusiya hərbi bazasında qərargah rəisinin müavini vəzifəsində çalışıb.

Virtualaz.org həmin mənbəyə istinadən bildirir ki, meyiti aşkarlanmış şəxsin rütbəsi mayor olub. Məhkəmə-tibbi ekspartizanın gəldiyi ilkin rəyə görə, cəsədin üzərində zorakılıq əlamətləri tapılmayıb.\virtualaz.org
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az