Vətəninfo.az xəbər verir ki, FİFA milli komandaların reytinq siyahısını açıqlayıb. Ötən ayla müqayisədə yığmamız mövqeyini doruyub. Komandamız komandamız 398 xalla 85-ci yerdədir. Ötən ayın 10-da da eyni göstəricilərə malik millimiz tarixinin ən yüksək nəticəsinə imza atmışdı. Siyahıda ciddi dəyişikliklərin olmamağı ötən müddətdə rəsmi matçların azlığı ilə bağlıdır. Azərbaycan yığması isə bu müddətdə meydana çıxmayıb.
Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki rəqiblərindən İtaliya 1115 xalla 9-cu, Xorvatiya 871 xalla 20-ci, Norveç 551 xalla 55-ci, Bolqarıstan 460 xalla 73-cü, Malta 204 xalla 128-ci yerdədir. Ötən ayla müqayisədə rəqiblərimizdən biri – Norveç 1 pillə irəliləyib, Malta isə 1 pillə geriləyib, digərlərinin mövqeyi dəyişməz qalıb.
Yoxlama oyunlarındakı rəqiblərimizdən 1015 xala malik ABŞ 1 pillə geriləyərək 14-cü yerə enib. 577 xala malik Özbəkistan isə 53-cü yerdə qalıb. Yığmamız amerikalılarla mayın 27-də, asiyalılarla avqustun 20-də qarşılaşacaq.
Reytinq cədvəlinin ilk 3 pilləsində dəyişiklik olmayıb. İspaniya 1460 xalla 1-ci, Almaniya 1340 xalla 2-ci, Portuqaliya 1245 xalla 3-cü yerdədir.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR