Yol qəzasında ölən tələbənin telefonunu oğurladılar - FOTO

Yol qəzasında ölən tələbənin telefonunu oğurladılar - FOTO
Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsində faktla bağlı araşdırma aparılır

Yol nəqliyyat hadisə zamanı dünyasının dəyişən tələbənin atası polisə müraciət edərək qəza zamanı oğlunun boyunbağısının və mobil telefonun oğurlandığını bildirib.
Miq.az musavat.com-a istinadən xəbər verir ki, Bakı şəhər sakini 1960-cı il təvəllüdlü Alim Bəynişan oğlu Babayev polisə ərizə ilə müraciət edərək bildirib ki, yol nəqliyyat hadisəsi zamanı vəfat etmiş oğlu, 1985-ci il təvəllüdlü Kamranın üzərində olan gümüş boyunbağı və mobil telefonu 1992-ci il təvəllüdlü Yaşar Əlişir oğlu Abdullayev oğurlayıb.
Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsində faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, 2015-ci ilin sentyabr ayında Bakı Dövlət Universitetinin birinci kurs tələbəsi Kamran Babayev Badamdar şosesi ilə 20-ci sahə istiqamətində hərəkətdə olan "Mitsubishi Pajero-İo" markalı, 99 FJ 658 dövlət nömrə nişanlı avtomobili ilə idarəetməni itirərək qəza törətmişdi. K.Babayev hadisə yerində dünyasını dəyişmiş, sərnişin Tağıyev Vüqar İlham oğlu isə xəsarət almışdı.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az