Cəbhəboyu zonada yerləşən bir neçə yeni iri hərbi hissədə görülən işlərin yekun mərhələsi ilə tanış olmaq və tikintinin keyfiyyətini yoxlamaq məqsədilə müdafiə naziri, general-polkovnik Zakir Həsənov inşa edilən obyektlərdə olub.
Bu barədə Azərbaycan MN-dən bildiriblər.
Qısa bir müddətdə istifadəyə veriləcək yeni hərbi şəhərciklərdə 20 min nəfərdən artıq şəxsi heyətin yerləşdirilməsi üçün tam şərait yaradılıb, o cümlədən 500-dən artıq ailəli və subay hərbi qulluqçular üçün xidməti mənzillər tikilib.
Ölkə prezidentinin göstərişinə əsasən, cəbhə bölgəsində yeni tikilən hərbi şəhərciklərdə aparılan inşaat işlərinin gedişatını yoxlayan müdafiə naziri hərbi obyektlərin plana uyğun, keyfiyyətli tikilməsi, müəyyən olunmuş müddətdə başa çatdırılması, həmçinin quruculuq işlərinin aparılması ilə əlaqədar müvafiq tapşırıq və tövsiyələrini verib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL