“Zaminbank” müflis elan edildi

“Zaminbank” müflis elan edildi

Ləğvetmə prosesində olan "Zaminbank” ASC məhkəmə qərarı əsasında müflis elan edilib.
Bu barədə bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov keçirdiyi mətbuat konfrasında bildirib.

Onun sözlərinə görə, bank müflis olmazdan əvvəl onun nizamnamə kapitalında 1,7 mln. manatlıq pay sahibi olduğu "Başak İnam Sığorta” ASC-nin digər səhmdarlarına həmin məbləği şirkətin "Zaminbank”dakı hesabında olan eyni məbləğlə əvəzləşdirmək təklif olunub.
"Amma bankın öhdəliklərinin yerinə yetirilməsini tezləşdirmək üçün onu müflis elan etdirdik və vəziyyət dəyişdi. İndi sığorta şirkəti həmin məbləği bizə məcburi ödəməlidir”, – deyə A.Cavadov qeyd edib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az