Nepalı bütün gecə təkrar yeraltı təkanlar silkələyib. Rəsmi məlumata görə, zəlzələ qurbanlarının sayı 4300 nəfəri keçib.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Nepal Daxili İşlər Nazirliyinin son məlumatına əsasən zəlzələ nəticəsində 4310 nəfər həlak olub, xəsarət alanların sayi isə 8 min nəfəri ötüb.
Regionda bütün gecə 5,2 bal gücündə təkanlar davam edib. İnsanlar artıq üç sutkadır ki, açıq səma altında gecələyir, gündüzlər isə sağ qalmış insan tapmaq ümidi ilə dağıntıları təmizləyirlər.
Bu gün Nepala eyni vaxtda bir neçə ölkədən xilasedici dəstələrin gəlməsi gözlənilir. Ölkəyə Türkiyə, Yaponiya, Avstraliya, ABŞ və digər xarici dövlətlər tərəfindən xilasedicilər göndərilib və maliyyə yardımı göstərilməsi qərara alınıb. Katmandu hava limanı qismən dağıldığından təyyarələr Hindistanda eniş etməli olurlar.
UNDAC qrupunun hesablamalarına görə, Nepalda aprelin 25-də baş vermiş dağıdıcı zəlzələdən 6,6 milyondan çox insan zərər çəkib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR