Zərdabdakı qəzada ölən və yaralananların adları məlum oldu
Zərdabda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alanların şəxsiyyətləri məlum olub. Xəsarət alanlardan biri dünyasını dəyişib.
APA-nın xəbərinə görə, hadisə yerində dünyasını dəyişən "VAZ" markalı maşının sürücüsü, Kürdəmir rayon sakini, 1976-cı il təvəllüdlü Qabil Qaybalı oğlu Rzayevdir. Minik maşınında olan və ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən sərnişinlər, 1984-ci il təvəllüdlü Ramilə Rəhimdar qızı Zeynalova və onun azyaşlı qızı, 2012-ci il təvəllüdlü Dəniz Kamran qızı Məmmədovadır.
Həkimlərin səyinə baxmayaraq R. Zeynalova Kürdəmir Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib.
Miq.az