Zığ şosesində qəza - Avtomobil şam ağaclarına çırpıldı

Zığ şosesində qəza - Avtomobil şam ağaclarına çırpıldı

Səhər saatlarında Zığ şosesində - Naxçıvanski hərbi məktəbin yaxınlığında yol qəzası olub.
Hadisə geri dönmə əməliyyatı zamanı baş verib.

"Opel" markalı avtomobilin sola - qarşı yola keçmək istəyən "Mersedes" markalı avtomobili vurması nəticəsində yolu hərəkətsiz hissəsində salınmış şam ağaclarına çırpılıb.

Yol qəzası nəticəsində avtomobillərə ziyan dəysə də, xəsarət alan olmayıb.

Hazırda həmin şosedə avtomobillərin sıxlığı müşahidə olunur.(trend)

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az