"Özümü güclü, seksual və gözəl hiss edirəm"
Aparıcı Ebru Şallı məşhur modelyer Cengiz Abazoğlunun "Sonsuz” adlı 2015-2016 payız-qış kolleksiyasını təqdim edib.
Vətəninfo.az-ın məlumatına görə, Axşam.az
Türkiyə mətbuatına istinadən xəbər verir ki, kamera qarşısına keçən
aparıcı daha çox qırmızı libası bəyəndiyini deyib. O, Cengizin bütün
geyimlərində özünü seksual hiss etdiyini bildirib:
"Onun dizayn
etdiyi bütün paltarlarda özümü güclü, seksual və çox gözəl hiss edirəm.
Məncə modelliyə hələ təzə başlayıram. 30 yaşdan sonra bədən quruluşunuz
tam formaya düşür”.
Qeyd edək ki, Cengiz Abazoğlu karyerasının
25 illiyi münasibətilə hazırladığı yeni kolleksiyasını İstanbulda təşkil
ediləcək dəfilə ilə tanıdacaq.
