Rayon Polis Şöbəsinin məlumatına görə, Qaradonlu kənd sakini, 1982-ci il təvəllüdlü Mehbalıyev Ramin Eldar oğlu vətəndaşların etibarından istifadə edərək onları aldadıb. Polis Şöbəsinə daxil olan şikayət əsasında məlum olub ki, adı çəkilən şəxs 2015-ci ilin may-iyun aylarında özünü MTN əməkdaşı kimi təqdim edərək İmişli sakini Qismət Yunusludan onun oğlunu MTN Akademiyasına düzəltmək adı ilə 10500 ABŞ dolları və daha sonra 6800 manat alıb. Araşdırma zamanı R.Mehbalıyevin başqa bir İmişli sakinindən də 1700 manat borc aldığı və borcu geri qaytarmadığı məlum olub. Hazırda istintaq həmin şəxsin digər dələduzluq əməllərinin olub-olmadığını araşdırır. R. Mehbalıyev barəsində İmişli rayon məhkəməsi 4 aylıq həbs qəti-imkan tədbiri seçib.
Faktla bağlı İmişli Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 178.3.2 maddəsi (dələduzlu) ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
APA
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL