Ötən gün Türkiyə Superkuboku çərçivəsində keçirilən "Qalatasaray" - "Fənərbağça" oyunu 12 yaşlı azarkeşin ölümünə səbəb olub
“Vətəninfo.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mersin şəhərinin Bozyazı qəsəbəsində derbi matçını izləyən Ömər Baha Dəniz "Qalatasaray"lı futbolçu Umut Bulutun ilk qolundan sonra infarkt keçirib.
Qoldan dərhal sonra eyvana çıxan Dəniz "Qalatasaray"ın şərəfinə petarda yandırıb. Həmin anda vəziyyəti pisləşən 12 yaşlı "Cim Bom" azarkeşi infarkt keçirərək yerə yıxılıb. Dənizi dərhal yaxınlıqdakı xəstəxanaya aparsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Dənizin iyulun 15-də "facebook" sosial şəbəkəsində "Bu komanda üçün ölərəm..." sözlərini yazması da yaxınlarını kədərə boğub.
Əlavə edək ki, "Qalatasaray" - "Fənərbağça" oyunu 3:2 hesabı ilə birincilərin xeyrinə başa çatıb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR