Çeçenistanda dəfələrlə təxirə salınan və son günlərin ən səsli-küylü toyu nəhayət dünən baş tutdu. Baytarki kəndinin sakini - 17 yaşlı Luiza Qoylabiyeva Nojay-Yurtovski rayonunun polis rəisi Najud Quçiqova ərə getdi.
Najud və Luizanın nikah mərasimi şənbə günü, saat 16:45-də Qroznı şəhərinin VVAQ şöbəsində baş tutub. Bununla da, yeniyetmə qız Rusiya Federasiyasının qanunlarına zidd olaraq özündən 40 yaş böyük kişinin rəsmən ikinci arvadı oldu. Möhtəşəm toy mərasimi isə "Grand Hall Firdaws"da təşkil edilib.
Çeçenistan prezidenti Ramzan Kadırov Instagram səhifəsində hamını dəvət etdiyi toyda bəy və gəlinin yaxınları ilə yanaşı ölkənin yüksək çinli məmurları iştirak edib.
Kadırov Najud və Luizanın toyunu "Əsrin toyu" adlandırıb. Rəsmi məlumatlara görə, onların toyuna maraq göstərən KİV-nin sayı 1500-ü keçib. Hətta Avstraliya və Monakodan zəng vuranlar da var.
Bu gün toyun ən gözəl qızı ilə rəqs etməyi arzuladığını əvvəlcədən bəyan edən Kadırov toyda "Ləzginka" musiqisinin sədaları altında rəqs edib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR