Cəbhədən...
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin
müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 57
dəfə pozub.
Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun
Seysulan, Göyarx, Ağdam rayonunun Sarıcalı, Kəngərli, Şıxlar,
Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz,
Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Qorqan, Qaraxanbəyli kəndləri
yaxınlığında, həmçinin Göygöl, Xocavənd, Füzuli və Cəbrayıl rayonları
ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı
Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq
düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 57 dəfə atəş
zərbəsi endirib.