"4 ildir ki, şou-proqrama getmirəm"

Müğənni Zamiq Hüseynov şou-proqramlara getmir.
Vətəninfo.az Axşam.az-a istinadla xəbər verir ki, ifaçı bu haqda "Star life" verilişində xəbər verib.
O, bu yolla səsini qorumağa çalışdığını bildirib:
"4 ildir ki, şou-proqrama getmirəm. Gedirdim, oxumağımı itirirdim. Gündə 4 yerdə çıxış edirdim. Pula ehtiyacım var, amma özümə, ifama yazığım gəlir. Səslənməyə qarşı çox həssasam. Hər yerdə bir səslənmə, fərqli aparatlar idi. Fonoqram olurdu, amma yenə də oxuyurdum. Gecə yatırdım, səhər ayılanda görürdüm ki, səsim batıb. Studiyaya girəndə mahnı ifa edə bilmirdim. Qərar verdim ki, az yeyim, amma səsim yerində qalsın".


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az