Bir müddət öncə Mətanət Əsədova ilə efirdəki qalmaqalla gündəmə gələn yazar Əziz Musa Rəqsanənin "Sabah maşınım olmasa, taksi ilə getsəm, pis olaram. O zaman ölsəm, yaxşıdır" açıqlamasına münasibət bildirib.
Vətəninfo.az xəbər verir ki, Əziz Musa Ölkə.Az-ın əməkdaşı ilə söhbətində bildirib ki, Rəqsanə milləti təhqir edib.
"Mənim də şəxsi avtomobilim yoxdur. Xaricdə nazirlərin çoxu avtobusda, tramvayda gedib gəlir. Kim öz əqidəsinə sadiq deyil, özünü yekə tutur, onu deyə bilmərəm. Şəxsən mən hər gün ictimai nəqliyyatdan istifadə edirəm. Bundan xəcalət də çəkmirəm. Çünki orada gedib-gələnlər də mənim qardaşım, bacımdır. Bəs o nə ilə gedir? O hələ taksini bəyənmir? Bəs ayaq üstə avtobusda gedib gəlsə, necə olar? Belə adamların açıqlama verməsini bəyənmirəm. Çünki millətə təhqirdir. Mənim alim, şair dostlarım da avtobusdan istifadə edirlər".
Qeyd edək ki, Rəqsanə İsmayılova efirdə belə bir açıqlama vermişdi: "Mən də çətinlik görmüşəm, heç bir həmkarım mənimlə maraqlanmayıb. Biz sənət adamları şan-şöhrətə öyrəşmişik. Var-dövlətimiz azalanda, şan-şöhrəti itirəndə depressiyaya düşürük, yaşamaq istəmirik. Tanınmış simayıq, hamı bizi tanıyır. Sabah maşınım olmasa, taksi ilə getsəm, pis olaram. O zaman ölsəm, yaxşıdır. Taksi ilə getmək ayıb deyil, sadəcə biz bu həyata alışmışıq".
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”
Rəsmi Bakı CNN-in yaydığı məlumatları rədd etdi – Bəyanat