"Ayrılarmı könül candan"

Bu gün xalq artisti Aygün Kazımovanın "Ayrılarmı könül candan" adlı solo konserti baş tutacaq.
Vətəninfo.az
-ın Axşam.az-a istinadən məlumatına görə, "Mambo” istirahət mərkəzində keçiriləcək gecənin təşkilatçısı Nahid Emiloğludur.
Sevənlərinə maraqlı konsert vəd edən A.Kazımova əsl şou hazırladığını bildirib. Müğənni məşqləri Türkiyədə aparıb. Səhnədə onu yerli və əcnəbi rəqs qrupları müşayiət edəcək.
İfaçı pərəstişkarları üçün sevilən və yeni mahnılarını səsləndirəcək. Saat 21:00-da başlayacaq konsert "Bakı 2015”in qaliblərinə dəstək məqsədiylə keçirilir.
A.Kazımova konserti ilə bağlı imicində də dəyişiklik edib. O, tünd saçlarını açıq rəngə boyatdırıb, onları daha da uzun etdirib. Xalq artisti geyimləri ilə də hamını təəccübləndirəcəyini vurğulayıb.
Qeyd edək ki, gecəyə biletlərin qiyməti 30 manatdır. VİP masalar isə 300 manatdır.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az