58 min pul oğurlayan tapıldı

58 min pul oğurlayan tapıldı
Bakıda polis bir neçə böyük oğurluq hadisəsinin üstünü açıb.
Vətəninfo.az ANS PRESS-ə istinadla xəbər verir ki, oğurluq hadisəsi avqustun 2-də baş verib.
Paytaxtın Nizami rayon sakini Elsevər Abutalıbovun yaşadığı evdən 58000 manat oğurlamışdı.
Bakı Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin üstünü açmaq mümkün olub.
Hadisəni törətməkdə ittiham edilən Babək rayon sakinləri Emin Qafarov və Nicat Mirzəliyev tutulub.
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində də daha bir oğurluğun üstü açılıb. İyulun 8-də Anvarjon Xamzayevin evindən 3700 manat və 18000 rubl oğurlanıb. Hadisədə şübhəli bilinən Yevlax rayon sakini Seyran Nadirova tutulub.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az