Daxili İşlər Nazirliyi Sumqayıtda baş
vermiş ağır yol qəzası barədə məlumat yayıb. Rəsmi məlumata görə,
avqustun 1-də saat 04 radələrində Sumqayıt şəhərinin H.Zeynalabdin
qəsəbəsində Bakı şəhər sakini Əli Əliyev idarə etdiyi "Opel” markalı
avtomobili yolun kənarında dayanmış Bakı şəhər sakini Ərşad İbayevə
məxsus "Mercedes” markalı yük avtomobilinin qoşqusuna vurub. Nəticədə
Ə.Əliyev və sərnişinlərindən atası Xanlar, qardaşı Məhəmməd,
həmyerliləri Sabir Əliyev, Tural Rzayev hadisə yerində, Rəvan Əliyev isə
xəstəxanada ölüblər.
BDYPİ tərəfindən araşdırma aparılır.
Modern.az
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?