Çində səhər qeydə alınan zəlzələ əhalini təşvişə salıb.
Çin yenidən silkələndi. Yeraltı təkanlar Pişan qəzasında, Xotan şəhərindən 164 km aralıqda qeydə alınıb.
Çin Seysmologiya Xidmətinin məlumatına görə, zəlzələnin gücü Rixter şkalası üzrə 6,5 bal olub. Təbii fəlakət bu gün səhər saat 9-radələrində (Bakı vaxtı ilə saat 06 radələri) baş verib.
"Sinxua" agentliyinin məlumatına görə, zəlzələ nəticəsində iki nəfər ölüb. Ölüm faktı ölkənin şimal-qərbindəki Sintsyan-Uyğur muxtar rayonunda qeydə alınıb.
"Saat 10:00-a olan məlumata görə, zəlzələ episentrdə iki nəfərin ölümünə səbəb olub. Hadisə rayonunda ikinci dərəcəli fövqəladə vəziyyət elan edilib", deyə agentliyin yaydığı məlumatda bildirilir. Dağıntılar barədə heç bir məlumat yayılmayıb.
Zəlzələ yerin 10 km dərinliyində qeydə alınıb. İlk təkandan sonra 3 və 4,6 bal gücündə olan daha iki təkan baş verib.
Pişan qəzası Urumçi şəhər mərkəzindən 1,8 km cənubda yerləşir. Burada 258 min əhali məskunlaşıb.
Xatırladaq ki, 2013-cü ilin aprel ayında Siçuan əyalətində güclü zəlzələ baş vermişdi. Dağıdıcı təkanlar yüzlərlə insanın ölümünə yol açmışdı. Ötən ilin avqustunda Yunnan əyalətində baş verən təbii fəlakət qurbanlarının sayı isə 700-ə çatırdı.
Çin aktiv seysmoloji zonada yerləşir. Burada müntəzəm olaraq təbii fəlakətlər, daşqın, sel, zəlzələlər qeydə alınır. (anspress)
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL