Ağ Evin diplomatlarımıza qarşı hərəkətinə asimmetrik cavab olacaq – Rusiya XİN

Ağ Evin diplomatlarımıza qarşı hərəkətinə asimmetrik cavab olacaq – Rusiya XİN

Moskva Vaşinqtonda fəaliiyət göstərən Rusiya səfirliyinin əməkdaşlarına qarşı deportasiya siyasəti yeridən ABŞ-a qarşı oxşar cavabın veriləcəyini istisna etməyib.

Publika.az xəbər verir ki, bu barədə "TASS”a müsahibəsində RF XİN-in Şimali Amerika departamentinin direktoru Aleksandr Darçiyev açıqlama verib:

"Vaşinqton səfirliyimizdə qalıb çalışan diplomatlarımızın faktiki hərəkət azadlığı məhdudlaşdırılıb, dövlət departamenti, digər icra və qanunverici dövlət strukturları ilə təmaslarına imkan verilmir. Biz belə düşməncəsinə aksiyalara qarşı həm "güzgü effekti”, həm də asimmetrik cavab tədbirləri görməyə məcburuq. Reallıq belədir – təsir əks təsiri yaradır”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az