ABŞ-da bu gün Bakıda açılışı olacaq Avropa Oyunlarına həsr olunan poçt markası hazırlanıb.
ABŞ-da fəaliyyət göstərən "AzeriAmerika" diaspor təşkilatı Bakı-2015 birinci Avropa Oyunlarına həsr olunmuş poçt markası hazırlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, markanın üzərində Bakının simvoluna çevrilmiş Alov Qüllələrinin şəkli əks olunub və ingilis dilində "Bakı-2015" birinci Avropa Oyunları" sözləri yazılıb.
Markanın müəllifi ABŞ-da yaşayan 7 yaşlı Mikayıl Əliyevdir. "AzəriAmerika" təşkilatı 2009-cu ildə ABŞ-ın Konnektikut ştatının Farmington şəhərində təsis edilib. Təşkilat həmin ildən ABŞ-Azərbaycan, ABŞ-Kanada əlaqələrinə dair ən son xəbərləri “Azəriamerika.com” saytı vasitəsilə yayımlayır. Təşkilatın təsis olunmasında başlıca məqsəd Azərbaycan mədəniyyətinin, incəsənətinin, tarixinin, dilinin, adət-ənənəsinin, həyat tərzinin və qabaqcıl siyasətinin təbliğ olunmasıdır.
Axar.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL