ABŞ-ın yeni dövlət katibi postuna namizədin adı açıqlandı

ABŞ-ın yeni dövlət katibi postuna namizədin adı açıqlandı

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp dövlət katibi postuna Massaçusets ştatının keçmiş qubernatoru Mitt Romninin namizədliyinə baxmaq niyyətindədir.
 "Reuters” agentliyinin məlumatına görə, bunu Trampın baş məsləhətçisi, Respublikaçılar Partiyası Milli komitəsinin sədri Rayns Pribus deyib.
O, həmçinin qeyd edib ki, dövlət katibi postuna başqa namizədlərin təyinatına da baxılır.

Qeyd edək ki, KİV daha əvvəl də Mitt Romninin dövlət katibi postuna təyininatının mümkünlüyü barədə yazıb. Lakin informasiya rəsmən təsdiqlənməmişdi. Yeni vitse-prezident Mayk Pens "Fox News” kanalının efirində təsdiqləyib ki, Romninin namizədliyi aktiv müzakirə edilir, amma başqa mümkün variantlar da var.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az