Vətəninfo.az-ın müxalifətdəki mənbələrdən əldə etdiyi məlumata görə, mayın 27-də Milli Şuranın sədri Cəmil Həsənli ABŞ-ın Azərbaycandakı səfirliyində olub.
Məlumata görə, bir neçə dəqiqə ayaqüstü səfir Robert Sekuta ilə söhbət edən C.Həsənli sonradan səfirliyin məsul işçiləri ilə 2 saat müzakirə aparıb. Mənbə bildirib ki, mayın 30-da Milli Şuranın mitinqi ilə yanaşı, C.Həsənliyə l Avropa Oyunları dövründə bu qurumun fəaliyyəti, keçirəcəyi tədbirlərə dair ciddi tapşırıqlar verilib. Milli Şuranın sədrinə qarşıdan gələn dövrdə rəhbərlik etdiyi qurumun fəaliyyətini xaricdə Azərbaycan hakimiyyətinə qarşı kampaniya təşkil etmiş mərkəzlərlə əlaqələndirmək göstərişi verilib. C.Həsənli ABŞ səfirliyinin əməkdaşlarına deyib ki, hakimiyyət mitinqlərin daha effektli təşkilini müxtəlif süni maneələr törətməklə əngəlləyir. Milli Şuranın tədbirlərini lazımi səviyyədə təşkil etmək üçün ciddi maliyyə yardımına ehtiyac var.
Mənbə əlavə edib ki, uzun-uzadı müzakirələrdən sonra Milli Şuranın göstərilən istiqamətlər üzrə fəaliyyətinin təşkili ilə bağlı maliyyə vəsaitinin ayrılması da razılaşdırılıb.
Vətəninfo.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL