Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) özünün növbəti qurultayını 07 aprel 2018-ci il tarixdə "Bakı Əyləncə Mərkəzi”ndə keçirmək barədə "Mərkəz”in rəhbərliyi ilə razılığa gəlib. Partiya öz ali tədbirini Bakı Şəhər İcra Hakimiyyəti müvafiq yer ayırmaqdan imtina etdikdən sonra özəl məkanda keçirmək məcburiyyətində qalıb.
Partiyanın mətbuat xidmətinin açıqlamasında bildirilir ki, BAXCP-nin bundan əvvəlki qurultayı da həmin yerdə keçirilib: "Bu il keçiriləcək qurultay üçün də Bakı Şəhər İcra Hakimiyyətinə 23 fevral 2018-ci il tarixdə müvafiq məktubla müraciət edilib. Bakı Şəhər İcra Hakimiyyəti 15 mart 2018-ci il tarixdə cavab məktubu ilə bildirib ki, həmin bina Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olmadığına görə BAXCP qurultayını Əmircan qəsəbəsində keçirə bilər. Hesab edirik ki, Bakı Şəhər İcra Hakimiyyətindən bizə verilən cavabın sağlam düşüncə ilə izahı mümkün olmadığı üçün, qərarın ağır psixonevroloji vəziyyətdə qəbul olunduğu ehtimalı özünü göstərir.
BAXCP hesab edir ki, ölkə rəhbərliyi Hacıbala Abutalıbovun bu cür özbaşınalığına son qoyacaq, onun qanunsuz və anormal qərarını ləğv etməklə ayrı-seçkiliyə imkan verməyəcəkdir. Belə ki, prezident seçkiləri elan olunduqdan sonra heç bir problem olmadan Yeni Azərbaycan və Sosial Rifah partiyaları Bakının mərkəzində öz qurultaylarını keçiriblər”.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?