Bu gün Bakıda əsgər ölümünə etiraz olaraq keçirilən aksiyada bir neçə nəfər polis tərəfindən saxlanılıb. Bu barədə APA-ya açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Səhlab Bağırov məlumat verib.
S.Bağırov qeyd edib ki, bir qrup gənc paytaxtın Fəvvarələr Meydanında razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib: “Polis qanunsuz aksiya cəhdinin qarşısını alıb. Aksiyada bir neçə nəfər saxlanılıb. Yəqin ki, onlar inzibati qaydada cəzalandırılacaqlar”.
Qeyd edək ki, bu gün Azərbaycan Ordusunun əsgəri Ceyhun Qubadovun müəmmalı ölümü ilə əlaqədar bir qrup gəncin sosial şəbəkələr vasitəsilə Bakının Fəvvarələr meydanına təyin etdiyi aksiya keçirilib.
Aksiyada hərbi xidmət zamanı dünyasını dəyişmiş əsgərlərin şəkilləri, Azərbaycan və Türkiyənin bayraqları qaldırılıb. Aksiyaçılar “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Əsgər ölümünə son!” və digər şüarlar səsləndiriblər. Aksiyanı yerli hüquq müdafiəçiləri, ATƏT-in Bakı ofisinin və bəzi səfirliklərin nümayəndələri izləyiblər.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR