Vətəninfo.az xəbər verir ki, Türkiyəli məşhur aktyor bədbəxt hadisə ilə üzləşib. ANS PRESS-in məlumatına görə, Türkiyədə bir çox məşhur seriallarda rol alan aktyor Bəkir Aksoy ötən gün gecə Bodrumda evinin balkonundan yıxılıb. Belə ki, beş ay əvvəl ata olan aktyor, həyat yoldaşı ilə birlikdə iki aydır Bodrumda tətil keçirirmişlər. Gecə saatlarında həyat yoldaşı ilə sahildə gəzintiyə çıxan Aksoy evə qayıdanda açarı içəridə unutduqlarını başa düşüb. Evlərinin yaxınlığındakı otelə oğru girdiyi üçün bunlar da ehtiyat edərək evin qapısını çıxarkən kilidləyiblər. Əlacsız qalan aktyor evin arxa baxçasından divara dırmanaraq əlini bakona uzadıb və həmin an yerə yıxılıb.
Yıxılması ilə özünü itirən aktyoru həyat yoldaşı Dərya dərhal Bodrum Acıbadəm xəstəxanasına çatdırıb. Həkimlərin müayinəsi ilə məlum olub ki, Aksoy iki qabırğa sümüyünü və sağ əlini 3 yerdən sındırıb. İki saat yarım əməliyyat olunan aktyor, daha sonra palatalardan birinə köçürülüb. Həkimlər baş verən qəzanın onun üçün gələcəkdə hər hansısa problem yaratmayacağını bildiriblər. Qeyd edək ki, Bəkir Aksoy “Doktorlar”, “Türk malı”, “Çiçek taksi” və “Yahşi Cazibe” kimi seriallarda yaratdığı obrazlarla Azərbaycan tamaşaçısına tanışdır.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR