Vətəninfo.az xəbər verir ki, Naxçıvan təmsilçisi “Araz Naxçıvan” bu gün I divizionun ikinci turu çərçivəsində İbrahimxəlil Axundlu adına Naxçıvan Muxtar Respublika stadionunda Şəmkirin eyniadlı komandasını qəbul edib. Saat 16:00-da Ramil Diniyevin start fiti ilə başlanan matç hər iki komandanın qarşılıqlı hücumları ilə başlayıb. 18-ci dəqiqədə “Araz naxçıvanın” yarımmüdafiəçisi Əlimirzə Daşzərini hesabı açmağa müvəffəq olub, 1:0. İlk hissədə Əlimirzənin qoluna şəmkirlilər tərəfindən cavab verilmədiyindən “Araz Naxçıvan” fasiləyə üstün durumda yollanıb. İkinci hissə başlayan kimi hücuma atılan naxçıvanlılar 59-ci dəqiqədə Bəxtiyar Soltanovun qolu sayəsində hesabı 2:0-a çatdırılıb. 71-ci dəqiqədə Bəxtiyar dublunu rəsmiləşdirib, 3:0. Matçın son dəqiqəsində “Şəmkir” naxçıvanlıların müdafiəsini yaran Nurlan İbrahimov hesab arasındakı fərqi ikiyə endirib. İki oyundan maksimum nəticə əldə edən “Araz Naxçıvan” turnir cədvəlində xal ehtiyatını 6-a çatdırıb və liderlər sırasında öz mövqeyini möhkəmlədib.
Qeyd edək ki, Naxçıvanda “Şəmkiri” Şəmşirləyən “Araz Naxçıvan” I divizionun üçüncü turunda növbəti rəqibi “Mil – Muğan” komandasına qarşı səfərdə oynayacaq.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR