I divizonda mübarizə aparan “Araz Naxçıvan" klubunun rəsmi fan-klubu bu gündən fəaliyyətə başlayıb. Vətəninfo.az xəbər verir ki, Fan-klub “ultrAraz” adı ilə azarkeşləri ətrafında cəmləyəcək. Qadir Məmmədli adlı azarkeş isə “ultrAraz”ın rəhbəri seçilib. Gənc fan-klub rəhbəri fikirlərini bizimlə bölüşüb: “Artıq bu gündən rəsmi fəaliyyətə başladıq. 8 nəfərdən ibarət idarə heyətimizi formalaşdırdıq. Bu gün yaranmağımıza baxmayaraq 60-dan çox müraciət etmiş azarkeşlərimiz fan-kluba üzv qəbul olunub. Artıq “Xəmsə” fan-klubunun rəhbəri Adil Məmmədov bizə təbrik ünvanlayıb. Çalışacağıq ki, bütün komandaların fan-klubları ilə əlaqə yaradaq. Biz 90 dəqiqəlik oyun zamanı rəqibik. Naxçıvana təşrif buyuracaq fan-klubları da burda çox hörmətlə qarşılayıb, xoş xatirələrlə yola salacağıq. Hələ ki, fəaliyyətimiz Naxçıvan şəhərini əhatə etsə də, qısa zaman ərzində fəaliyyətimizi genişləndirmək niyyətindəyik”.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR