Məqşlərini gündə 2 dəfə İ. Axundlu adına Naxçıvan şəhər stadionunda davam etdirən “Araz” 26 avqustda Türkiyəyə təlim-məşq toplanışına yollanacaq.Komandanın mətbuat xidmətindən verilən məlumatda deyilir ki, "Araz"ın hazırlıq məşqləri Ərzurum şəhərində “Ərzurumspor” təsislərində baş tutacaq. 32 nəfərlik heyətlə qardaş ölkəyə yollanacaq Naxçıvan təmsilçi orada 2 yoldaşlıq matçı keçirməyi planlaşdırıb. Avqustun 27-də yerli “Ərzurumspor”la qarşılaşacaq “Araz” 2 gün sonra Rza Çalımbayın baş məqşçisi olduğu “Çaykur Rizespor”la görüşəcək. 10 günlük Ərzurum hazırlığından ardından “Araz” Naxçıvana geri dönərək məşqləri yerli arenada davam etdirəcək. Yerli azarkeşlər önündə komandamızın daha bir yoldaşlıq matçı keçirməsi də planlaşdırılıb. Rəqibin kimliyi bilinməsə də, yaxın vaxtlarda bu məsələ öz həllini tapacaq.
Həmçinin komanda bu günlərdə texniki heyəti də komplektləşdirib. Son iş yeri AZAL PFK olan həkim Sədi Məmmədov komandanın həkimi təyin olunub. “Turan”da çalışmış Rəşid Qayfulin isə “Araz”da masajçı kimi fəaliyyət göstərəcək.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR