“Əvvəllər sənətdə, səhnədə bir rəqabət var idi. Bu gün isə səhnə boşdur. Kim səhnədə "partlayış" eləsə, özünə yer tutacaq. Amma məsələ burasındadır ki, heç kəs hərəkət etmək istəmir”.
Vətəninfo.az xəbər verir ki, bunu “Reytinq” qəzetinə müsahibəsində müğənni Aslan Hüseynov deyib. O, bildirib ki, bir məsələni də diqqətdə saxlamaq lazımdır. Söhbət "partlayış"ı hansı proqramda, hansı telekanalda et-məkdən gedir. “Varmı o proqram?” deyən müğənninin sözlərinə görə, əvvəllər maqazin verilişlər var idi, indi onları da ləğv etdilər: “Bilmirəm, maraq itib, yoxsa başqa səbəb var... İndi tanınmaq çox çətindir. Çünki kimdən soruşursan, deyir ki, mən Azərbaycan telekanallarına baxmıram. Görün nə günə qalmışıq ki, Azərbaycanda heç kim öz kanallarımıza baxmaq istəmir. Baxılan iki kanal, vəssalam...
Məsələn, ANS baxırlar. Niyə? Çünki orada insanların problemləri ilə bağlı məsələlər qabardılır. ATV isə həmişə bazar olub, pulunu ver, çıx efirə. Bu gün hamını pul maraqlandırır. Əvvəl rəqabət sənətdə idi. Bu gün rəqabət söyüşlərdə, təhqirlərdədir. İndi müğənni müğənniyə zəng etmir ki, gəl, təzə duet yazaq. Müğənni həmkarına zəng edir ki, gəl, dava edək. Dəfələrlə mənə zəng ediblər ki, dalaşıb, reklam olunaq. Demişəm ki, mənə ucuz reklam lazım deyil. Mən efirə çıxıb camaatı aldada bilmərəm”.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR