Avropa Mərkəzi Bankı (AMB) yeni qərarıyla bank depozit dərəcəsini neqativ 0,2 faizdən 0,3 faizə endirib.
Vizual.azxəbər verir ki, bu haqda iqtisadçı-ekspert Vüqar Bayramov Feysbukda yazıb.
"Sözügedən bankın gözlənilməz qərarı sözün həqiqi mənasında valyuta bazarını silkələdi. Belə ki, 1,06 dollara təklif edilən avro artıq 1,093 dollara satılır. Bu cəmi bir gündə avronun 3 faiz bahalaşması deməkdir. Avronun dünya bazarında möhkəmlənməsi manata dollar qarşısında müəyyən "güc” verəcək. Belə ki, avronun dollara nisbətən möhkəmlənməsi milli valyutamızın avroya nisbətən zəifləməsinə, əksinə, dollara nisbətən müqayisəli güclənməsinə səbəb olacaq. Bu baxımdan Azərbaycan Mərkəzi Bankı yenidən son 1 ayda ilkdə dəfə olaraq manatı dollara nisbətən hiss edilən faizlə möhkəmləndirib. Avronun dünya bazarında möhkəmlənməsinin davam edəcəyi halda isə mövcud məzənnə siyasəti çərçivəsində milli valyutamız dollara nisbətən yenidən müqayisəli güclənə bilər”, - ekspert bildirib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL