Avropada dövriyyəyə daha çox avro buraxıla bilər. Bu da Avronu ucuzlaşdırır.
Vizual.az "Marja”ya istinadən bildirir ki, avro Avropa Mərkəzi Bankının prezidenti (AMB) Mario Draghinin Avro Bölgəsində iqtisadi risklərin "açıq bir şəkildə göründüyünü" deməsi və inflyasiya hədəfinə (2%-ə) çatılması üçün ehtiyac duyularsa, monetar ekspansiyanı (monetar təşviq) artıracaqlarını deməsinin ardından zəifləyib.
19 Avropa ölkəsinin vahid pul vahidi avro Draghinin Avropa Parlamentindəki çıxışında verdiyi şərhlərin ardından 16 əhəmiyyətli pul vahidinin hamısı qarşısında dəyər itirib. Avro dollar qarşısında aprel ayından bu yana ən aşağı səviyyəsinə yaxınlaşıb.
Avro dollar qarşısında 0,5 faiz düşərək (dollar bahalaşıb) 1,0695 səviyyəsini görüb. Avropanın ortaq pul vahidi 10 noyabrda 1,0675 dollar ilə 23 apreldən bu yana ən aşağı səviyyəsini görmüşdü.
Qeyd edək ki, Avropa Mərkəzi Bankı monetar təşviq yolu ilə bazardan istiqrazları alaraq dövriyyəyə əlavə avro buraxır.
Avro/dollar məzənnəsindəki dəyişikliklər AZN məzənnəsinə də ötürülür. Dolların bahalaşması ilə əlaqədar olaraq dollar/manat məzənnəsi 1,0503-ə çıxıb. Sabah dolların manat qarşısında bir az da bahalaşacağı gözlənilir.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL