Yeni il öncəsi avtomobil bazarına çoxlu sayda maşın satışa çıxarılmasına baxmayaraq, alıcı azdır.
"Xəzər TV” xəbər verir ki, buna səbəb bayram ərəfəsində avtomobillərin qiymətinin 15-20 faiz bahalaşmasıdir.
Satıcılar, ötən aylarla müqayisədə bayram öncəsi avtomobillərin qiymətinin 15-20 faiz bahalaşdığını təsdiqləyiblər. Qiymət artımının olmasını satıcılarla yanaşı alıcılar da qeyd edir.
Onların sözlərinə görə, bir ay əvvəl satılan maşınla hazırda satılan avtomobilin qiyməti arasında fərq nəzərəçarpacaq şəkildədir. Maşın bazarında avtomobillərlə bağlı təkcə fərq bununla yekunlaşmır. Bazarda avtomobillərin sayı hədsiz çoxalıb. Çünki gəlin il yanvarın birindən gömrükdə rüsumların qalxması ilə əlaqədar indidən bir çox vətəndaşlar xaricdən həm yeni, həm də işlənmiş avtomobilləri alaraq bazarda satışa çıxarıblar.
Satıcılar gələn ilin yanvar ayından ikinci əl avtomobillərin qiymətində ucuzlaşma olacağını bildirirlər.
Miq.az
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib