Türkiyədə ziyana düşmüş istixanalarda vəziyyətin nə yerdə olduğunu müəyyənləşdirmək üçün hadisə yerinə gedən məmur ayaqları islanmaması üçün fermerlərin belinə minib.
Vətəninfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, Manisa Böyükşəhər Bələdiyyəsi Kənd Xidmətlər Dairəsi başçısı Nedim Zurnacı bu əməlinə görə tutduğu vəzifədən kənarlaşdırılıb.
Bildirilir ki, hadisə yerinə çatdıqda ayaqlarının islanacağından ehtiyat edən Nedim Zurnacı fermerlərdən onu belində aparmalarını tələb edib. Çarəsiz qalan fermerlər Manisa Böyükşəhər Bələdiyyəsi Kənd Xidmətlər Dairəsi başçısının təklifi ilə razılaşmalı olublar. Bu görüntülər internetdə yayımlandıqdan sonra aləm bir-birinə dəyib. Manisa əhalisi məmurun bu hərəkətini fermerlərə qarşı hörmətsizlik kimi qiymətləndiriblər. Vəziyyətin daha ağır nəticə verə biləcəyindən ehtiyatlanan Manisa Böyükşəhər Bələdiyyəsi çıxış yolu kimi Nedim Zurnacını vəzifədən uzaqlaşdırmaqda görüb.
Manisa Böyükşəhər Bələdiyyəsi isə öz növbəsində, internetdə yayımlanmış fotonu bu cür şərh edib: «Hadisə meydana gəldiyi vaxtdan məsələni diqqətlə araşdırdıq. Bu gün ilk iş günü olmasına baxmayaraq, dərhal müvafiq tədbir görüldü. Belə ki, 657 saylı Dövlət Məmurları Qanununun 125-ci və digər maddələri əsas götürülərək inzibati istintaq aparılıb. Son nəticədə Nedim Zurnacı törətdiyi əmələ görə tutduğu vəzifədən kənarlaşdırılıb».
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR