“Aydın Doğan məhkəməyə verilsin”

“Aydın Doğan məhkəməyə verilsin”

Ana Vətən Partiyasının (AVP) sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Türkiyənin “Doğan Holdinq” şirkətlər qrupunun rəhbəri, iş adamı Aydın Doğanın Azərbaycana qarşı sərgilədiyi ermənipərəst mövqeyi pisləyib.

Vətəninfo.az-ın məlumatına görə, deputat F.Ağamalı Publika.az-a açıqlamasında deyib ki, Aydın Doğanın Azərbaycana qarşı fəaliyyət göstərən anti-milli qüvvələrin arasında yer alması təsadüfi deyil. Onun sözlərinə görə, Aydın Doğan ermənilərə bilavasitə bağlı və onların dairəsində olan bir şəxsdir: “İmkan düşən kimi, Aydın Doğana tapşırılan missiya onun tərəfindən dərhal icra edilir. İndi “Bakı 2015” ilk Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı qarayaxma kampaniyaları aparılır və bu anti-Azərbaycan təbliğat kampaniyasında Aydın Doğan da yer alıb. Əslində, Aydın Doğan bununla öz iç üzünü, ermənilərin yanında olduğunu və onlara işlədiyini bir daha ortaya qoyur. Mən Aydın Doğanın ermənilərlə təkcə iş birliyində deyil, həm də etnik cəhətdən birbaşa bağlı olmasına qətiyyən şübhə etmirəm. O, ermənidir və bu, artıq heç kəsdə şübhə doğurmur. Aydın Doğan həm düşüncələrinə görə, həm də damarlarında axan qanına görə ermənidir. Heç zaman əsl türk öz türk qardaşı olan Azərbaycana düşmən mövqeyi sərgiləyə bilməz. Bu cür hərəkətləri yalnız ermənilərdən gözləmək olar”.
 Deputat hüquqi baxımdan da türkiyəli iş adamı Aydın Doğanın üzərinə gedilməsinin vacibliyini vurğulayıb: “Onun Azərbaycana qarşı olan böhtan və iftiraların qarşısında iradəmiz olmalıdır. Bu cür iftira və böhtanlara görə hətta ona qarşı məhkəmələrə də müraciət olunmalıdır. Bunun üçün bizim Türkiyədə fəaliyyət göstərən səfirliyimiz artıq işə başlamalıdır. Çünki bu, birinci hadisə deyil”.
 Xatırladaq ki, son günlər “Doğan Holdinq” şirkətlər qrupuna daxil olan media orqanlarında, o cümlədən “Hürriyət” qəzetində Azərbaycan əleyhinə müxtəlif formalı qərəzli materiallar dərc olunur. 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az