Səməd Vurğunun ev-muzeyində böyük şairin nəvəsi, ev-muzeyinin direktoru Aygün Vəkilovanın xatirəsinə həsr edilmiş tədbir keçirilib.
Vətəninfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirə mərhumun oğlu, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin 11-ci sinif şagirdi Vurğun Vəkilovun ifasında səsləndirilən musiqi sədaları altında Aygün xanımın həyat və fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə başlanılıb.
Ev-muzeyinin əməkdaşı Xanım Şadlinski təəssüf hissi ilə, Aygün Vəkilovanın həyatdan vaxtsız köçdüyünü, muzeylə bağlı bir çox ideyalarının yarımçıq qaldığını söyləyib.
Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Azadə Hüseynova, Qazax Xeyriyyə Cəmiyyətinin sədri Vidadi Bayramov, Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə, sənətşünaslıq doktoru Ülviyyə Hacıbəyova və başqaları A.Vəkilovanın təmsil etdiyi ocağa layiqli övlad kimi sədaqətindən, gözəl dost olaraq insani keyfiyyətlərindən və layiqli mədəniyyət işçisi kimi fəaliyyətindən söhbət açıblar. Onun yüksək vətənpərvərliyindən, hər kəsə qayğı ilə yanaşmasından, elm, mədəniyyət, ədəbiyyat xadimlərinə xüsusi diqqətindən danışılıb.
Mərasimdə “Səməd Vurğun” mükafatının builki laureatlarına diplomlar təqdim olunub.
Sonda ailə adından Dürdanə Vəkilova tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR