Gənclər və idman naziri Azad Rəhimov noyabrın 24-də Qəbələ şəhərində vətəndaşları qəbul edib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Vətəninfo.az-a verilən xəbərə görə, Qəbələ, Balakən, Oğuz, Qax, Şəki, Zaqatala və İsmayıllı rayon sakinlərinin iştirak etdikləri qəbul saat 11:00-da Qəbələ Mədəniyyət Mərkəzində gerçəkləşib. Qəbul zamanı nazir Azad Rəhimova 30-a yaxın vətəndaş gənclər, idman və digər mövzularla bağlı müraciət edib.
Gənclər sahəsində edilən 10-dək müraciətlər əsasən QHT-in yaradılması üçün nazirlik tərəfindən dəstək verilməsi, yay istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin lazımi avadanlıqlarla təmin edilməsi və yeni Mərkəzlərin açılması, Bakı 2015 Avropa oyunlarına könüllülərin cəlb edilməsi və s istiqamətdə olub. İdman sahəsində edilən 10-dan artıq müraciət sırasında Fəxri adların, məşqçi dərəcələrinin verilməsi, idman zallarının idman avadanlıqları ilə təmin edilməsi, yeni Olimpiya İdman Komplekslərinin tikilməsi və digərləri olub.
Digər müraciətlər ipoteka kreditlərinin verilməsi, iş ilə təminat və şəxsi məsələlərlə bağlı bağlı olub.
Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR