Azay Quliyev rüşvətə görə həbs edilən QHT sədrinə 40 min manat ayırıb

Azay Quliyev rüşvətə görə həbs edilən QHT sədrinə 40 min manat ayırıb

2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası maliyyə ayırdığı QHT-lər arasında "İnsan Hüquqları və Vətəndaş Cəmiyyəti Naminə” İctimai Birliyinin təqdim etdiyi "Ödənişsiz hüquqi məsləhət günləri təşəbbüsü” adlı layihə insanlar tərəfindən birmənalı qarşılanmayıb.

Miq.Az reportyor.info-ya istinadla xəbər verir ki, məsələ sosial şəbəkələrdə ciddi müzakirəyə səbəb olub.

Həmin vaxt Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası "İnsan Hüquqları və Vətəndaş Cəmiyyəti Naminə” İctimai Birliyinin 7 min manat qrant ayırmişdı.

Şuranın bu qərarına etiraz edənlər bildirirlər ki, bu təşkilatın sədri kimi təqdim olunan Məhəmməd İmanlı 2012-ci ildə dələduzluq maddəsi ilə həbs olunan BDU hüquq fakültəsinin sabiq dekan müavinidir.

Bildirilir ki, Azay Quliyev Məhəmməd İmanlıya yenə "yaşıl işıq” yandırıb. "Vətəndaşların hüquqi maarifləndirilməsi” layihəsinə görə onun QHT-sinə 40 min manat ayrılıb.



Məhəmməd İmanlı ikinci ali təhsil almaq üçün ona müraciət etmiş Bakı şəhər sakinindən BDU-nun Beynəlxalq iqtisadi əlaqələr fakultəsinə tələbə kimi qəbul edilməsinə görə 40.000 (qırx min) manat pul tələb edərək, 05 may 2012-ci il tarixdə yaşadığı Bakı şəhəri, Zabrat qəsəbəsi, A.S.Puşkin küçəsi 6 №-li evdə qeyd olunan külli miqdarda pulu rüşvət kimi alarkən cinayət başında yaxalanmışdı.

Məhkəmə Məhəmməd İmanlının ittiham olunduğu CM 311.3.3-cü maddəsinin həmin məcəllənin 178.3.2-ci (dələduzluq) maddəsinə tövsif edilməsi barədə qərar qəbul edib və onun 3 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarmışdı.
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az