Azərbaycan 4 ildir ki, Fransanın Kann şəhərində keçirilən eyniadlı Beynəlxalq Kino Festivalında iştirak edir.
Vətəninfo.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Turan-a verilən məlumata görə, Azərbaycan kinosu tarixində ilk dəfə olaraq Kann festivalının əsas müsabiqələrindən olan "Qısa metr" proqramında "Sonuncu" bədii filmi nümayiş etdiriləcək.
Filmi "Azərbaycanfilm" Kinostudiyası ilə "Buta films" şirkəti birgə çəkib. Filmin rejissoru Sergey Pikalov, ssenari müəllifləri Sergey Pikalov və Aleksandr Krasavin, baş rolun ifaçısı isə İdris Rüstəmovdur. Festivalın "Rejissor ikihəftəliyi" proqramına isə Azərbaycanın istehsalı olan "Torn" qısametrajlı filmi daxil edilib. Filmin rejissorları Elmar İmanov və Engin Kundağ, baş rolun ifaçıları Rasim Cəfər və Zülfiyyə Qurbanovadır.
Bundan əlavə, "Qısa filmlər guşəsi" adlı sərbəst proqramda da Azərbaycan bir neçə qısametrajlı filmlə təmsil olunur. Builki festivalda ölkəmizdən dövlət və bir sıra müstəqil kino şirkətlərini təmsil edən 20-dən artıq kinematoqrafçı iştirak edir. Qeyd edək ki, Kann Kino Festivalı mayın 14-dən 25-dək davam edəcək.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR