Vətəninfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı (CAR) səfirliyi fəaliyyət göstərdiyi ölkənin Pretoriya şəhərində Beynəlxalq Əlaqələr və Əməkdaşlıq departamenti, Cənubi Afrikanın Afrika İnstitutu və bir sıra yerli təşkilatlar tərəfindəntəşkil edilən “Afrika Günü” (Africa Day Expo) festivalında ilk dəfə olaraq iştirak edib.
Səfirlikdən verilən məlumata görə, 2010-cu ildən təşkil edilən ənənəvi yarmarkada CAR-da fəaliyyət göstərən yalnız Afrika ölkələrinin diplomatik korpusunun nümayəndələrinə öz ölkələrinin tarixi və mədəniyyətini təqdim etmək şəraiti yaradılır və bu il ilk dəfə olaraq tədbirə Azərbaycan Respublikasının Səfirliyi dəvət edilmişdir. Səfirliyimiz öz növbəsində “CAR-da Azərbaycan Dostları” qeyri-hökumət təşkilatı ilə birlikdə Azərbaycan üçün ayrılmış hissədə ölkəmizin tarixini və müasir dövrünə aid fotoşəkillər, xalçalar, kitablar və mədəniyyətimizi əks etdirən digər əşyaları nümayiş etdirmişdir. Sərgi zamanı ziyarətçilərə Azərbaycan haqda broşur və bukletlər təqdim edilmiş, Heydər Əliyev Forndunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və ölkəmizlə bağlı diğər mövzulara həsr edilmiz çap materialı paylanılmışdır.
Aliyə
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR